Slimfit
  1. CƏMİYYƏT

Yol polisi sürücüdən rüşvət alıbmı? - DİN-dən AÇIQLAMA

Yol polisi sürücüdən rüşvət alıbmı? - DİN-dən AÇIQLAMA
Sakura

Yol polisi sürücüdən rüşvət alıbmı? - DİN-dən AÇIQLAMA

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov yol polisinin sürücüdən rüşvət alması barədə yayılan iddialarla bağlı açıqlama verib.

Onun sözlərinə görə, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan videogörüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılıb:

“İddia öz təsdiqini tapmayıb. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılıb, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib. E.Ələsgərov qaiməni polis əməkdaşına təqdim edərək daşıdığı yükün çəkisinin standartlara uyğun olduğu bildirib”. 

“Sürücüyə bir daha izah edilərək yükün çəkisinin deyil, qabaritinin normadan böyük olduğu bildirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib”, - deyə o əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR