Slimfit
  1. CƏMİYYƏT

Yol polisi radio verilişi açdı, general özü efirə çıxdı

Yol polisi radio verilişi açdı, general özü efirə çıxdı
Sakura

Yol polisi radio verilişi açdı, general özü efirə çıxdı

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Azərbaycan Radiosu ilə birgə layihəsi olan “Təhlükəsiz yol” proqramı fəaliyyətə başlayıb.
BAKU.WS "avtosfer.az"a istinadən xəbər verir ki, dekabrın 16-da efirə çıxmış proqramın ilk buraxılışının qonağı Baş İdarənin rəisi polis general-mayoru Ramiz Zeynalov olub.

R.Zeynalov DİN rəhbərliyinin təşəbbüsü ilə yaradılmış bu proqramın əsas məqsədinin baş verə biləcək yol-nəqliyyat hadisələrinin vaxtında qarşısının alınması üçün hərəkət iştirakçılarının maariflənməsi, yol hərəkətinin təşkilində və bu sahədə qanunvericilikdəki yeniliklər barədə məlumatların verilməsi, dinləyicilərlə birbaşa canlı ünsiyyət yaratmaqla mövcud olan problemləri dinləyib həlli istiqamətində operativ tədbirlər görmək olduğunu bildirib, yaradıcı kollektivə müvəffəqiyyətlər arzulayıb.

Hər həftənin I, III və V günləri saat 17:00-dan 18:00-dək yayımlanacaq proqramda təkcə aparıcıların deyil, həm də Baş DYP İdarəsinin müxtəlif xidmətlər üzrə çalışan əməkdaşlarının çıxışı nəzərdə tutulur ki, bu da vətəndaşlardan alınmış məlumatların hansısa üçüncü şəxsə ötürülməsi deyil, məhz həmin əməkdaş tərəfindən icrası təmin olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR