Slimfit
  1. AZƏRBAYCAN

Yol Polisi dövlət atributlarını maşınlara yapışdırmağı yolverilməz hesab edir

Yol Polisi dövlət atributlarını maşınlara yapışdırmağı yolverilməz hesab edir
Sakura

Yol Polisi dövlət atributlarını maşınlara yapışdırmağı yolverilməz hesab edir

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən SİA-ya bildiriblər ki, son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin təsvirinin yapışdırılması halları tez-tez müşahidə olunur. Bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnaməyə ziddir.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun təsvirinin nəqliyyat vasitələrinin üzərinə yapışdırılması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür. Dövlət atributlarına hörmətlə yanaşmaq Azərbaycan Respublikasının hər bir vətəndaşının borcudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR