Slimfit
  1. AZƏRBAYCAN

Yol polisi Bakıda reyd keçirir

Yol polisi Bakıda reyd keçirir
Sakura

Yol polisi Bakıda reyd keçirir

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən yol polisi respublika ərazisində “Təmiz hava” aylığı ilə bağlı maarifləndirici aksiyalar keçirir. 

Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, avqustun 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.

“Təmiz hava” aylığı ilə bağlı keçirilən tədbirlər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Reyd zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.

Rayon ərazisində həmçinin yükdaşıma qaydalarını pozan maşınların sürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır. Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb.

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR