Slimfit
  1. AZƏRBAYCAN

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb
Sakura

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb

Bakı şəhəri ərazisində yol hərəkəti əleyhinə törədilən qayda pozuntusuna görə tətbiq edilən inzibati cərimələrin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu,”ASAN xidmət” Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı nəticəsində mümkün olub.

Oktyabrın 26-dan etibarən vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə inzibati xəta haqqın-da protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılan şəxsi kabinetlərində tanış ola bilərlər. Həmçinin bu cərimələr üzrə ödənişlərini www.asanpay.az portalı və ya "ASAN ödəniş" sisteminə qoşulan digər ödəniş por-talları və terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi 2014-cü ildə yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 5 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 119 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulan digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR