Slimfit
  1. İQTİSADİYYAT

Yohannes Han: 'Aİ və Azərbaycan növbəti 10 il üçün prioritetlərin müəyyən edilməsi ilə bağlı danışıqlar aparır'

Yohannes Han: 'Aİ və Azərbaycan növbəti 10 il üçün prioritetlərin müəyyən edilməsi ilə bağlı danışıqlar aparır'
Sakura

Yohannes Han: 'Aİ və Azərbaycan növbəti 10 il üçün prioritetlərin müəyyən edilməsi ilə bağlı danışıqlar…

"Avropa İttifaqı-Azərbaycan biznes forumunda iştirak edənlərin sayı ilk foruma nisbətən 3 dəfə artıb. Mən özüm də vaxtilə iş adamı olmuşam. Düzdür, bu ötən əsrdə olub, amma mən hələ də özümü belə hiss edirəm".

Report” xəbər verir ki, bunu Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han bu gün Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda çıxış edərkən bildirib.

Y.Han deyib ki, 2017-ci ildə keçirilən forum resessiya dövrünə təsadüf edir: "Aİ ilə Azərbaycan arasında əməkdaşlıq getdikcə inkişaf edir. Biz bu yaxınlarda ikitərəfli əməkdaşlıq sənədi imzalayacayıq. Həmçinin ötən il nəqliyyat sahəsində də əməkdaşlığa dair müzakirələrə başladıq. Artıq bizim "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığımızın 10 ili tamam olur. Biz bundan sonrakı 10 il üçün prioritetləri müəyyən etməliyik və artıq bununla bağlı danışıqlar aparırıq".

Komissar deyib ki, bu vaxta qədər kiçik və orta sahibkarlara 207 mln avrodan çox kredit verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR