Slimfit
  1. BİOQRAFİYA

Yohann Volfqanq Göte

Yohann Volfqanq Göte
Sakura

Yohann Volfqanq fon Göte — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Tarixdə 100 ən çox öyrənilmiş…

Yohann Volfqanq Göte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Götenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Göte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

Yaratdığı iki hissədən ibarət ölməz "Faust" dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Götenin digər məşhur əsərlərinə çoxsaylı şeir-poemaları - "Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" adlı məktub-romanı, "Seçmə oxşarlıq" adlı qismən avtobioqrafik romanlarını misal göstərmək olar.

Göte alman ədəbiyyatının və XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövr Avropa və Almaniyada İntibah, Sentimentallıq, "Tufan və Həmlə" (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir.

Faust və Rənglərin Nəzəriyyəsi əsərlərində Göte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Göte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.

 

Əsərləri

 

 

Ölümü

Yohann Volfqanq Göte 22 mart 1832-ci il (82 yaşında) infarkt (deyilənlərə görə) nəticəsində həyatını itirmişdir.

Göte Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR