Dərc edildi: Baxış sayı: 5849
Yetim Seyid - Şirindi
Bir gözəl görmüşəm əsrik əlində,
Tər, nazik əllərdə saqi şirindi,
Camalın bənzətdim şəmsü-qəmərə,
Baxdıqca qaşların tağı şirindi.
Mirvari düzübdü zülfə buxağa,
Qoşa xal yaraşır gülgəz yanağa,
Qənd əzilir dilə, dişə, dodağa,
Qoynun içrə Cənnət bağı şirindi.
Yetim Seyidəm yələydim dərinə,
Oxudum dərsimi, yetdim dərinə,
Leyli kimi getdim vədə yerinə,
Məcnun təki çeşmə dağı şirindi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət