Slimfit
  1. DÜNYA

Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın baş verib

Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın baş verib
Sakura

Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın baş verib

Gürcüstanın paytaxtı Tbilisidə Vağzal bazarının ərazisində güclü yanğın qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan FHİOX-in yerli mətbuata verdiyi məlumata görə, yanğın “Borjomi Vağzalı” adlanan ərazidə baş verib.

Bu ərazidə əsasən geyim, meyvə-tərəvəz və müxtəlif anbar obyektləri yerləşir.

Hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedici briqadalar hazırda alovun söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparır.

İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR