Dərc edildi: Baxış sayı: 627
Yeşiva Universiteti Sefardi Araşdırmaları İnstitutunun direktoru Azərbaycan Prezidentinə təşəkkür edib
ABŞ-ın Yeşiva Universiteti Sefardi Araşdırmaları İnstitutunun direktoru Rabbi Eli Abadi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
APA-nın məlumatına görə, R.E.Abadi Dünya dini liderlərinin II Bakı Sammitinə dəvətı görə təşəkkür edib.
“Nəzakətiniz, qonaqpərvərliyiniz və bizi səmimiyyətlə qarşıladığınıza görə Sizə, Şeyxülislam Allahşükür Paşazadəyə və Azərbaycan xalqına öz adımdan, ABŞ Yəhudi liderləri və ABŞ-ın bütün Yəhudi Sefardi cəmiyyəti adından minnətdarlığımızı bildirirəm. Ulu Tanrıdan Sizə ölkənizi idarə etmək üçün uğurlar, cansağlığı və uzun ömür arzulayıram”, - deyə məktubda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət