Slimfit
  1. KOSMOS

Yeri hansı ölçüdə asteroid dağıda bilər

Yeri hansı ölçüdə asteroid dağıda bilər
Sakura

Alimlər planeti məhv edəcək asteroidin dəqiq ölçüsünü təyin ediblər.

Publika.az xəbər verir ki, bunun üçün kompüter modellərindən istifadə olunub.

Araşdırma zamanı hansı ölçüdə asteroidin planetdəki yaşayışa son qoyacağı müəyyən edilib.

Beləliklə, 50 min irili-xırdalı asteroid tədqiq edilib.

Məlum olub ki, planetimizi diametri 140 metr olan asteroid məhv edə bilər.

Amma katoklizmlər nəticəsində asteroid yerə çatmamış aşınır və səmada partlayır. Bu cür hadisələr 500 ildən bir olur.

Bununla bağlı açıqlamada bildirilir ki, hər an kosmik “qonağımız” ola bilər. Bu ilin 4 iyun tarixində də Yer yaxınlığından Conson kometi keçdi. Onun Neptun qədər parlaq olduğu bildirilirdi.

Bundan əlavə, Enke kometanın qırıntıları sürətlə planetimizə yaxınlaşır. Təhlükəli qırıntılar Yerə 2022, 2025, 2035 və 2039-cu illərdə düşəcəklər. Ən təhlükəlisi isə odur ki, bu qırıntılar Yerin yanından keçsə belə, fasadlarını hiss edəcəyik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR