Slimfit
  1. DÜNYA

Yerdənkənar həyatın axtarışı üçün atom tunel zondu yaradılıb

Yerdənkənar həyatın axtarışı üçün atom tunel zondu yaradılıb
Sakura

ABŞ mütəxəssisləri yerdənkənar həyat və ya onun əlamətlərinin axtarışı üçün Yupiter peykinin səthində…

ABŞ mütəxəssisləri yerdənkənar həyat və ya onun əlamətlərinin axtarışı üçün Yupiter peykinin səthində qazma işləri aparacaq tunel zondu yaradıblar.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Avropanın (Yupiter peyki) müşahidələrinin nəticələri mikroskopik həyata malik olan səthaltı maye okeanın mövcudluğunu göstərib. Buz qatının qalınlığı 2-30 km təşkil edə bilər. Alimlərin fikrincə, biosiqnaturaların olduğu sahələrə çıxış əldə etmək üçün istənilən enmə aparatı bu maneəni dəf etməli olacaq. İllinoys Universitetinin (Çikaqo) tədqiqatçıları nüvə enerjisi ilə işləyən atom tunel zondu ərsəyə gətiriblər. Aparat Avropanın buz qatının içindən keçərək buzaltı okeanın səthinə çatmaqla ora həyat və ya onun əlamətlərinin axtarışı üçün istifadə ediləcək cihaz və alətlər çatdıracaq. Zond, həmçinin buz şelfinin yaşayış üçün yararlığının qiymətləndirməsini aparacaq.

Bildirilir ki, tədqiqatçılar tərəfindən zond üçün iki konstruksiya variantı nəzərdən keçirilib: onların biri kiçik nüvə reaktoru vasitəsilə işə salınır, digəri isə kosmik uçuşlar üçün nəzərdə tutulan radioaktiv istilik mənbələri ilə işləyir. Hər iki mənbənin istiliyi buz qatının əridilməsi üçün istifadə oluna bilər. Zondla rabitə əlaqəsini qurğu ilə optik lif kabeli vasitəsilə birləşdirilən retranslyatorlar təmin edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR