Espalmador Eyviss və Formenter adalarının yaxınlığında yerləşir.
Broşürlərdə “yerdəki cənnət” kimi təqdim olunan kiçik ispan adası Espalmadoru Lüksemburqdan olan bir ailə “şəxsi istifadə” üçün 18 milyon avroya alıb.
Sonuncu dəqiqləşmə xüsusilə vacibdir, çünki indiyə qədər bu ada şəxsi mülk olsa da, turistlər üçün açıq idi. Turistlər günəş altındakı qumda qaralır, Balear dənizinin kristal sularında çimir, yerli körfəzləri araşdırır və müalicəvi palçıqdan istifadə edirdilər.
Bəzi məlumatlara görə hətta şahzadə Uilyam gələcək həyat yoldaşı Keyt Midltona qulluq edərkən onu məhz Espalmadora dəvət etmişdi - gözəlliyə yaxın və insan gözlərindən uzaq.
Espalmador Balear adalarının tərkibinə daxildir - yaxınlıqda məftunedici Eyviss və Formenter adaları var, buraya gələrək onlara piyada getmək olar. O həmçinin duz zavodlarının böyük təbii qorunmuş parkının və Las Salinas gğlünün bir hissəsidir.
İndiyə qədər bu möcüzəvi adaya katalan arxitektoru Norman Sinnamond və onun bacısı Rozi sahiblik ediri, britaniya mətbuatının yazdığına görə onların əcdadları bu adanı 1932-ci ildə indiki ekvivaletlə 252 avroya alıb.
2015-ci ildə bacı ilə qardaş onu 24 milyon avroya satışa çıxardı. İlkin olaraq təxmin edilirdi ki, onu qonşu ada olan Formenterin hökumıəti alacaq, lakin yerli müşavirə üçün bu qiymət çox baha oldu.
Əmlaka aid olan yerə 13 yataq, kilsə və gözətçi qülləsi də daxildir.
Adanın uzunluğu 3km, eni isə 800m-dir və yerli əmlak agentliyi olan Vladinin dediyinə görə “onun möhtəşəm yeri var, belə formada şəxsi adalar onunla müqayisə edilə bilməz”.
Guardian qəzeti yerli siyasətçi Silviya Turun ispan agentliyinə dediyi sözü nümunə çəkir: “Fermenterin əhalisinin əksəriyyəti kimi biz də istərdik ki, yerli hökumət Espalmadorun alışı üçün büdcədən istifadə edərdi və o hər kəks üçün əlçatan olardı”.
Hələlik yeni sahiblərin qanuni əsasla turistlərin gəlməsini qadağan edəcəyi məlum deyil.
Beləliklə bəziləri üçün bir ada da artdı, bəziləri üçün isə göründüyü kimi əksinə oldu.
Mənbə: BBC Rusiya
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət