Dərc edildi: Baxış sayı: 483
:0
Yer kürəsində tamamilə cansız yer aşkarlandı
Fransa alimləri Efiopiyanın Dallol vadisində hər hansı bir həyatın mümkünsüzlüyünü aşkar ediblər.
Bu barədə məlumat “Nature Ecology & Evolution” jurnalında dərc olunub.
Dallol vadisində su hövzələri olsa da hətta bakteriyalar burada yaşamır.
Alimlərin tədqiqatı planetdə suyun mövcudluğunun həyat əlaməti olması barədə iddianı şübhə altına qoyub.
Onlar aydınlaşdırıblar ki, bu vadidə suyun temperaturu müsbət 109 dərəcədir. Həmçinin suyun tərkibində turş və duzlu məhlul var, maqnezium isə üstünlük təşkil edir. Suyun belə tərkibi bütün canlı hüceyrələri məhv edir.
Əvvəllər Dallol vadisi dünyanın ən isti yerləri siyahısına düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət