Slimfit
  1. CƏMİYYƏT

Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ

Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
Sakura

Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ

“Koronavirus pandemiyası nəinki Azərbaycan, bütün dünya ölkələri üçün gözlənilməz olub”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, bu gün virusla birbaşa mübarizə aparacaq vaksin yoxdur:

“Bütün çətinliklərə rəğmən, pandemiya ilə var gücümüzlə, bütün imkanlarımızla mübarizə aparmalıyıq. Koronavirus heç kimin orqanizminə baxmır. Məhz bu səbəbdən yoluxma sayına, ölüm sayına baxmayaraq, hələ də “koronavirus varmı?” sualını verən şəxslərin olması təəssüf doğurur. 

Cəmiyyətin, deyərdim ki, böyük hissəsi epidemioloji qaydalara əməl etmir. Bu isə hökuməti daha sərt qərarlar verməyə məcbur edir. Bir çox hadisələrin yaranmasına səbəb olan bu vəziyyətə qarşı heç nə edə bilmirik. Yumşalma mərhələsindən sonra yenidən sərtləşməyə qərar verməyə məcbur olduq. 

Bütün bunlar xəstələrin sayının artmasına, xəstəxanada çarpayıların getdikcə məhdudlaşmasına gətirib çıxara bilər. COVID-lə mübarizədə yeni nəticələr bizi ciddi qorxudur.

Dövlət başçısının tapşırığı ilə ilkin mübarizə bütün dünya ölkələri üçün nümunə idi. Amma indi yaranmış vəziyyət Azərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR