Dərc edildi: Baxış sayı: 545
Yeni Zelandiyanın baş naziri telejurnalistlə nişanlanıb
Yeni Zelandiyanın baş naziri Casinda Ardern televiziya aparıcısı Klark Qeyfordla nişanlanıb.
"Report" xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibinə istinadən CNN telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, cütlük ötən ay Pasxa bayramında nişanlanıb. Başqa təfərrüatlar açıqlanmır.
2018-ci ilin iyun ayında Andernin qız övladı dünyaya gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət