Slimfit
  1. DÜNYA

Yeni Zelandiyada sellofan torbalarla bağlı qərar - İstifadə edən 67 min dollar cərimə ödəyəcək

Yeni Zelandiyada sellofan torbalarla bağlı qərar - İstifadə edən 67 min dollar cərimə ödəyəcək
Sakura

Yeni Zelandiyada sellofan torbalarla bağlı qərar - İstifadə edən 67 min dollar cərimə ödəyəcək

Yeni Zelandiyada birdəfəlik istifadə üçün nəzərdə tutulan sellofan torbaların qadağası qanunu qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Ekologiya naziri Euqenie Saqe danışıb.

Nazir bildirib ki, qadağa çaylarda, axar sularda, yağış suyu sistemlərində və okeanlarda çirklənmənin qarşısını almaq üçün qəbul olunub: “Beləliklə, dəniz quşları, balıqlar, tısbağalar və dəniz məməliləri daha yaxşı yaşayacaq. Bu qadağa ölkənin zibillərlə mübarizəsində yeni addımdır. Yenidən istifadə olunması üçün nəzərdə tutulan torbalardan istifadəyə başlanacaq və milyonlarla təkistifadəlik torbaların zibilə çevrilməsinin qarşısı alınacaq”.

Qanunu pozan marketlər 67 min dollar cərimə ödəməli olacaq.

Sellofan torbaların qadağası ilk dəfə 2002-ci ildə Banqladeşdə qüvvəyə minib. Qadağanın ən qatı olduğu ölkə Keniyadır. Bu ölkədəki qanuna görə, sellofan torba istifadə edən, istehsal edən və ya satanlar 4 il həbs cəzasına məhkum edilir və ya 38 min dollar cərimə ödəyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR