Dərc edildi: Baxış sayı: 569
"Yeni və kiçik sayılmayacaq silahlar almağı düşünürük" - Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin yeni silahlar alacağına dair fikir bildirib.
Femida.az-ın məlumatına görə, o, "Ria Novosti" agentliyinə bu barədə açıqlama verib.
Paşinyan Vladimir Putinlə dünənki görüşü zamanı Rusiyadan alınan silahların İrəvana göndərilmə məsələsini müzakirə etdiklərini deyib:
"Rusiya ilə hərbi-texniki sahədəki sıx əməkdaşlığımız var. Əlbəttə ki, bir sıra anlaşmalarımız var. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq mütəmadi olaraq inkişaf edir. Hazırda bizim kifayət qədər "İsgəndər" silahımız var. Amma yeni və kiçik sayılmayacaq silahlar almağı düşünürük".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət