Slimfit
  1. TEXNOLOGİYA

Yeni texnologiya “iPhone” smartfonlarını dərhal enerji ilə dolduracaq

Yeni texnologiya “iPhone” smartfonlarını dərhal enerji ilə dolduracaq
Sakura

Avstraliyanın Adelaid Universitetinin əməkdaşları smartfonların dərhal enerji ilə doldurulması texnologiyasını…

Avstraliyanın Adelaid Universitetinin əməkdaşları smartfonların dərhal enerji ilə doldurulması texnologiyasını hazırlayıblar. Texnologiya standart batareyanın kvant qurğu – superbatareya ilə əvəzlənməsini nəzərdə tutur. Hazırda onu yalnız “iPhone” smartfonlarına quraşdırmaq mümkündür.
 
ICTnews” Elektron Xəbər Xidməti “Iz www.iz.ru” resursuna istinadən yazır ki, yeni növ batareya üzərində iş kvant fizikası sahəsində elmlər doktoru Ceyms Kvaç tərəfindən aparılır.
 
Məlumata görə, 1 saniyəyə enerji ilə doldurulan batareyanın əsasını kvant mexanikasının kvant dolaşıqlığı kimi fenomeni təşkil edir.
 
“Kvant mexanikası ən mikroskopik səviyyələrdə əlaqə yaradır. Burada adi fizika qanunlarını pozmağa şərait yaradan xüsusi imkanlar əldə etmək mümkündür. Belə fenomenlərdən biri məhz dolaşıqlıqdır”, - C.Kvaç bildirib. O qeyd edib ki, iki obyekt bir-biri ilə bağlı olan zaman onların fərdi fiziki xüsusiyyətləri ümumi olur.
 
Onun sözlərinə görə, bir kvant batareya 1 saata enerji ilə doldurulduğu halda ikisi 30 dəqiqəyə, bir neçə mini isə 1 saniyəyə dolur.
 
Fizik əlavə edib ki, akkumulyatoru, həmçinin saat və “iPad” kimi kiçik elektron qurğularda istifadə etmək olar.
 
Texnologiyanın məqsədi bərpa olunan enerji mənbələri sektorunda işləyən kvant batareyaların yaradılmasıdır.
 
Nizam Nuriyev 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR