Slimfit
  1. TEXNOLOGİYA

Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq

Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq
Sakura

Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq

İsrailin “Chakratec” startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma stansiyası təqdim edib.

AZƏRTAC “RİA Novosti” resursuna istinadən bildirir ki, İsrail startapı “General Motors” şirkəti tərəfindən 2023-cü ilədək satışa 20 elektromobil modeli çıxarmaq üçün cəlb olunub.

Bildirilir ki, hazırda istənilən elektromobil istehsalçısı üçün əsas problemlərdən biri enerjinin doldurulması üçün tələb olunan vaxtdan ibarətdir. Hətta ən yaxşı enerjidoldurma məntəqələrində boşalmış batareyanı doldurmaq üçün minimum 40 dəqiqə lazımdır. Bu, yanacaqdoldurma məntəqəsində 5 dəqiqə sərf etməyə adət edən sürücülər üçün çox uzun vaxt hesab olunur.

“Chakratec” startapının baş direktoru İlan Ben-David bildirib ki, şirkətin yeni həlli bütün müasir elektromobillər üçün uyğundur və ondan adi yanacaqdoldurma məntəqələri də istifadə edə bilər. Bunun üçün orada kinetik enerjini elektrikə çevirən nazim çarxlı “Chakratec” enerjidoldurma stansiyalarının quraşdırılması tələb edilir.

“Hazırkı akkumulyatorlar ekoloji cəhətdən təmiz deyil və telefon və ya noutbuk batareyaları kimi tez sıradan çıxırlar. “Chakratec” texnologiyası əsasında enerjidoldurma stansiyası, əksinə, 20 ilədək işləyəcək və istismarı bir neçə dəfə ucuz olacaq”, - baş direktor qeyd edib.

İsrail startapı artıq Avropada xidmətlər göstərməyə başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR