Dərc edildi: Baxış sayı: 528
Yeni “soyuq müharibə” gəlir - Kibermütəxəssislər tarixi açıqladılar
Kibermütəxəssislər yeni “soyuq müharibə”nin 2020-ci ildə başlayacağını bildiriblər.
Bu barədə RİA “Novosti” “Check Point” IT-şirkətinə istinadən xəbər verir.
Qeyd edilir ki, “soyuq müharibə” internet aləmində gedəcək.
“Yeni soyuq müharibə onlayn-dünyada baş verəcək. Kiberhücumlar get-gedə kiçik ölkələr arasında əlavə münaqişələr qismində daha çox istifadə olunmağa başlayacaq”, - deyə məlumatda bildirilir.
Bu ölkələrə maliyyəni “öz təsir sahələrini gücləndirmək və genişləndirmək” istəyən böyük dövlətlərin ayıracağı vurğulanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət