Slimfit
  1. İQTİSADİYYAT

Yeni şirkətlər ən çox hansı sahələrdə açılır?

Yeni şirkətlər ən çox hansı sahələrdə açılır?
Sakura

Yeni şirkətlər ən çox hansı sahələrdə açılır?

Azərbaycanda açılan şirkətlərin sayı sürətlə artır. Bu ilin doqquz ayında 6,085 min hüquqi şəxs qeydiyyatdan keçib, 335 hüquqi şəxs fəaliyyətini dayandırıb.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il oktyabrın 1-nə Azərbaycanda 127,221 min hüquqi şəxs qeydiyyatdan keçib.

Şirkətlərin arasında ən böyük artım təkrar emal sektorunda qeydə alınıb. Beləliklə, hazırda 10,684 min kənd təsərrüfatı (artım 2,4%), 6,848 min təkrar emal (artım 6,1%), 12,487 min tikinti müəssisəsi (artım 5%) fəaliyyət göstərir.

Bundan başqa, hazırda ölkədə topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 33,4 min (artım 6,9%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,695 min (artım 4,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,762 min (artım 4,3%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 5,476 min (artım 10,9%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,231 min (artım 7,6%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,913 min hüquqi şəxs (artım 5,9%) qeydiyyata alınıb.

Bütün hüquqi şəxslərin 90,4%-i, yəni 115,025 mini hüquqi şəxs özəl müəssisələrdir.

Azərbaycanda 7,88 min hüquqi şəxs xarici, 2,392 min hüquqi şəxs birgə müəssisələrin, 10,49 min hüquqi şəxs (8,3%) dövlət müəssisələrinin, 1,706 min hüquqi şəxs (1,3%) bələdiyyələrin payına düşür.

Fiziki şəxs kimi qeydiyyatdan keçənlərin sayı isə 826,718 min nəfərdir. Ötən doqquz ayda onların sayı 4% artıb.

Kənd təsərrüfatı sahəsində 220,104 min, emal sənayesi sahəsində 17,604 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 202,467 min fiziki şəxs işləyir.

Maliyyə və sığorta fəaliyyəti ilə 1,793 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12,424 min, inzibati və yardımçı xidmətlər sahəsində 3,067 min, tikinti fəaliyyəti ilə 6,406 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 38,559 min, nəqliyyat və anbar təsərrüfatı ilə 88,772 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 11,214 min, digər xidmətlərlə 175,741 min fiziki şəxs məşğul olur.

Statistik məlumatlara görə, 70,105 min hüquqi şəxs və 249,027 min fiziki şəxs məhz paytaxt Bakıda çalışır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR