Yeni silah növü. Tula sakininin "doktorskaya" kolbasası partlayıb
Ens.az xəbər verir ki, Rusiya Federasiyasında, Tula şəhəri sakininin süfrəsində partlayıcı kolbasa peyda olub. Yelena Brusentseva yerli mağazalardan birindən aldığı kolbasadan ailəsi üçün səhər qəlyanaltısına sendviç düzəltmək qərarına gəlib.
Ancaq "doktorskaya" ət məhsulu bu sıravi rus ailəsi üçün səhər yeməyi əvəzinə, yeni bir silah növü olmağa qərar verib. Əvvəl ev sahibləri onda hiss olunan qəribə daddan narahat olublar, az keçməmiş isə kolbasa masada partlayıb. Elena deyir: "Bunu istehsalçılar araşdırmalıdı ki, oraya nə əlavə ediblər".
Partlayıcı kolbasa istehsalçısı - Tavr Şirkətlər Qrupu - nəticə çıxarmaq üçün tez olduğunu söyləyir. Bu, nadir baş verən bir hadisədir və başqa yerdə belə olay qeydə alınmayıb. Yerli "Maş" kanalı isə bəlkə də hər şeyin saxlama şəraitinin pozulmasından qaynaqlandığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət