Dərc edildi: Baxış sayı: 557
“Yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır” - XİN rəsmisi
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır.
Azvision.az xəbər verir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, birinci istiqamət siyasi və təhlükəsizlik istiqamətidir. İkinci istiqamət iqtisadi və ticari məsələləri əhatə edir. Üçüncü istiqamət isə sektoral əməkdaşlıq adlanır, yəni müxtəlif sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edir:
"Sazişin mətninin böyük hissəsi, demək olar ki, 90 faizindən çoxu razılaşdırılıb, yerdə qalan məsələlər üzərində danışıqlar davam etdirilir. Sazişin nə vaxt imzalanması böyük əhəmiyyət kəsb etmir. Bizim üçün ən vacibi keyfiyyət məsələsidir və maraqlarımıza cavab verən bir sazişin əldə olunmasıdır. Azərbaycan tərəfi öz mövqeyini ifadə etdi ki, əgər bu geniş sənəd olacaqsa, “Şərq Tərəfdaşlığı” Proqramında iştirakçı ölkələrin marağında olan və prinsipal xarakter daşıyan məsələlər burada öz əksini tapmalıdır. Necə ki bundan əvvəl “Şərq Tərəfdaşlığı” sammitlərinin nəticəsində qəbul olunmuş yekun bəyanatlarda bu məsələlərə yer ayrılır. O cümlədən ən vacib məqam ərazi bütövlüyü ilə bağlıdır. Bu sənəddə “Şərq Tərəfdaşlığı”nın bundan öncə keçirilmiş zirvə toplantılarının yekununda qəbul edilmiş sənədlərə istinad edildi. Həmin sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə olunub”.
L.Abdullayeva əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illər boyu aparılan danışıqlarda əsas məqamlar bəllidir: “Bu gün əsas problem işğalçı ölkənin, yəni Ermənistanın bu məsələdə konkret siyasi iradə göstərməməsidir. Siyasi iradə olarsa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərində qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa və didərgin salınmış azərbaycanlılar bu ərazilərə geri qayıdarsa, bundan sonra konkret irəliləyiş əldə olunacaq və bölgədə sülh və təhlükəsizlik təmin olunacaq”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət