Slimfit
  1. TEXNOLOGİYA

Yeni robot onurğada əməliyyat həyata keçirə biləcək

Yeni robot onurğada əməliyyat həyata keçirə biləcək
Sakura

Alimlər insanla müqayisədə daha dəqiq onurğa əməliyyatları yerinə yetirən robot hazırlayıblar

Alimlər insanla müqayisədə daha dəqiq onurğa əməliyyatları yerinə yetirən robot hazırlayıblar.

Oxu.Az “The Daily Mail”ə istinadən xəbər verir ki, robot kifoz və skoliozun müalicəsində inqilab edə bilər.

“Scoliobot” (yunanca “skolios” - əyri və robot sözlərinin birləşməsindən əmələ gəlib) robotu sümükdə 0,1 mm dəqiqliklə dəlik açmağa qadirdir. Bu uğura heç bir cərrah nail ola bilməyib.

Professor Filip Bridonun rəhbərliyi ilə Nottinqem Trent Universitetindən olan heyət cərrah işini yerinə yetirən iki robotlaşdırılmış “əl” hazırlayıb. Onurğanın düzləşdirilməsi əməliyyatı zamanı hər bir onurğa sümüyündə dəliklər açmaq lazımdır. Sonra vidalar quraşdırılır və elastik sterjen yerləşdirilir.

Eyni zamanda, əməliyyat tamamlanmış reallıq şəraitində keçirilə bilər ki, bu da cərrahlara böyük ekranda “Scoliobotun” işini izləməyə imkan verir.

Hazırda robot sınaq mərhələlərini keçir, alimlər “Scoliobot”un yaxın beş il ərzində əməliyyat otağında çalışacağına ümid edirlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR