Slimfit
  1. TEXNOLOGİYA

Yeni robot kənar əşyaları tanımağı öyrənib

Yeni robot kənar əşyaları tanımağı öyrənib
Sakura

Yeni robot kənar əşyaları tanımağı öyrənib

Massaçusets Texnologiya İnstitutunun kompüter elmləri və süni intellekt laboratoriyasının mütəxəssisləri kompüter görməsi üzrə yeni texnologiyanın təsvirini dərc ediblər. Cari ilin oktyabrında Sürixdə keçiriləcək robotların təlimi üzrə konfransda yeni texnologiya haqda daha ətraflı məlumat veriləcək.
 
ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, alimlər obyektlər haqda məlumatları robotun yaddaşına yükləmək ideyasından imtina ediblər. Yeni texnologiya robota ətrafdakı bütün obyektləri bir-biri ilə qarşılıqlı əlaqəli nöqtələrdən ibarət üçölçülü modellər kimi qəbul etməyə imkan verir. Robot özü əşyanı skan edir, onun modelini qurur, məlumatları öz yaddaşına yazır və onlara yarlık mənimsədir. Robot üçün bu əşyanın nə olması elə də vacib deyil, o, həmin əşyaya baxıb və onu yenidən tapmağa hazırdır.
 
Ən önəmlisi odur ki, robot obyektin obrazını görmür, onun riyazi modeli üzərində iş aparır: hissələrə bölmək, parametrlərini dəyişdirmək, müxtəlif bucaq altından baxmaq və s. Buna görə robot sonradan döndərilmiş, qismən gizlədilmiş, rənglənmiş, sındırılmış əşyaları da tanıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR