Yeni radar Moskva yaxınlığında ABŞ-ın gizli aerodromunu tapdı
Ens.az xəbər verir ki, Rusiya alimləri Moskvada İkinci Dünya müharibəsi dövrünün gizli amerikan aerodromunu aşkar ediblər. ABŞ mütəxəssisləri tərəfindən 70 il əvvəl inşa olunmuş uçuş-enmə zolağını sınaqlar zamanı yeni “Elik” radarı “görüb”.
“Elik” eksperimental uçuş-sınaq kompleksi Yak-18 təyyarəsində quraşdırılmış və onun işini Radiotexnika İnstitutunun mütəxəssisləri yoxlayıblar. Radar santimetrlik dalğa diapazonunda işləyir və distant zondlaşdırma kosmik aparatlarına quraşdırmaq üçün nəzərdə tutulub. Rusiya istehsalı olan belə sputniklər 2015-ci ildən bəri orbitdə işləmir, buna görə də onların əvəzedicisinin gələcəkdə quraşdırııması üçün yeni radiolokator hazırlanıb.
“Moskovski komsomolets”in dediyinə görə, stend göstəricilərinin düzgünlüyünü yoxlamaq üçün anomaliya sahə şəraitində araşdırıldı. Qazıntılar göstərdi ki, qruntun kiçin bir qatında aerodromun binəsinin metal plitələri var. Uçuş-enmə zolağını 1940-cı illərin ortalarında Bell P-39 Airacobra təyyarələri üçün amerikalı mütəxəssislər tərəfindən inşa edilib.
İnstitutun direktor müavininin sözlərinə görə, nəticələr bütün gözləntiləri aşdı. Sınağı aparanlar “Elik”in 5-6 sm dərinliyə enə biləcəyinə ümid edirdilər, amma bu, 3 dəfə çox oldu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət