Dərc edildi: Baxış sayı: 501
Yeni prezident ilk rəsmi səfərini Rusiyaya etdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edib.
Femida.az -ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, onun martın 20-də dövlət başçısı vəzifəsinə təyin olunduqdan sonra ilk xarici səfəridir.
Tokayevi “Vnukovo-2” hava limanında Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin, Qazaxıstan səfiri İmanqali Tasmahambetov, Rusiya Diplomatik Nümayəndəliyinin Qazaxıstandakı rəhbəri Aleksey Borodavkin qarşılayıb.
Qeyd olunur ki, Putin və Tokayev ikitərəfli münasibətləri, Avrasiya məkanında inteqrasiya proseslərinin perspektivləri, həmçinin regional gündəmdə olan məsələləri müzakirə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət