Dərc edildi: Baxış sayı: 543
Yeni piyada keçidləri təşkil edilib
Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən xəbərə görə, vətəndaş müraciətləri əsasında, mütəxəssislərin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib.
Qeyd olunub ki, yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib: "Eynisəviyyəli piyada keçidləri təşkil edilir və yararsız halda olanların bərpası işləri mütəmadi olaraq davam etdirilir" - deyə, məlumatda qeyd olunub.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət