Yeni nəsil kassa operatorları üçün hansı tələblər irəli sürülür?
Fins.az-ın məlumatına görə yeni nəsil kassa aparatlarının operatorları üçün müəyyən tələblər irəli sürülür.Bu tələblərlə bağlı nazirlikdən bildirib ki, Nəzərdə tutulan qanunvericilik layihələrində operatorlar üçün bir sıra tələblərin irəli sürülməsi planlaşdırılır. Bu tələblərə onun bank hesabına malik olması, vergi ödəyicilərinə xidmət göstərəcək ən azı 1 məntəqə və ya texniki filialının olması, dövlət büdcəsinə borcunun olmaması, sertifikasiyadan keçərək dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən ən azı bir kassa modelinə malik olması, kassa sisteminin istehsalçısı ilə bağlanmış alqı-satqı müqaviləsi və təqdim edilmiş kassa sisteminə texniki xidmət göstərmək bacarığına malik ən azı bir nəfər əməkdaşının mövcud olması və s. kimi vacib amillər daxildir. Vergi ödəyiciləri, dövlət reyestrinə daxil edilmiş operatorlar barədə və kassa sistemləri ilə bağlı yarana biləcək digər suallara dair məlumatı istifadəyə verilməsi planlaşdırılan e-kassa.gov.az internet səhifəsindən əldə edə biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət