Slimfit
  1. MEDİA

“Yeni Nəsil 2.0” layihəsinin təqdimatı keçirildi

“Yeni Nəsil 2.0” layihəsinin təqdimatı keçirildi
Sakura

“Yeni Nəsil 2.0” layihəsinin təqdimatı keçirildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilən “Yeni Nəsil 2.0” (New Generation 2.0) gənc sahibkarlara dəstək layihəsi çərçivəsində regionlarda görüşlər baş tutub. 22 fevral – 7 mart tarixlərində Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və Sabirabad rayonlarında “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilən “Yeni Nəsil 2.0” layihəsinin təqdimatı keçirilib. Görüşlərin məqsədi layihə çərçivəsində sıx əməkdaşlığın yaradılması və gənclərin layihəyə cəlb edilməsi olub. Bölgələrdə baş tutan görüşlərdə Milli Məclisin deputatları, qeyd olunan regionların İcra Hakimiyyətinin nümayəndələri, Gənclər və İdman İdarələrinin rəisləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəsmi nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin rəhbərləri, KOB Agentliyi nümayəndəliyinin rəhbəri iştirak edib. Bakıda keçirilən görüş isə “Sabah” qrupları icra komitəsinin üzvləri, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, “Bir” Könüllü proqramının rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrinin iştirakı ilə baş tutub. Sözügedən görüşlər onlayn və canlı formada keçirilmişdir. Tədbirlərdə çıxış edən rəsmilər və qonaqlar çıxışları zamanı layihənin gənclər və qadınlar üçün əhəmiyyətindən bəhs edərək gənc sahibkarların təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını, eləcə də onların layihədə aktiv iştirak edəcəklərinə inandıqlarını qeyd ediblər. Sonda isə layihənin həyata keçirilməsində “Youth Inc.” heyətinə uğurlar arzu ediblər. “Yeni Nəsil 2.0” layihəsinin məqsədi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, innovativ ekosistemin yaradılması, “HoReCa” (Otel, restoran, keterinq), kənd təsərrüfatı və rəqəmsallaşma layihənin əsas istiqamətlərini təşkil edir. Layihə 5 mərhələdən - “Başla” (“Seed Up”), “Komandanı yarat” (“Team Up”), “Sürət” (“Accelerate Up”), “Yüksəliş” (“Raise Up”), “Hədəfə çat” (“Target Up”) mərhələlərindən ibarətdir. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 3500 nəfərin müraciəti dəyərləndirildikdən sonra toplanan və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün müvafiq təlimlərdən keçəcəklər. Burada iştirakçılara mentorlar və Avropa Gənc Sahibkarlar Asossiasiyası (JEUNE) təmsilçiləri dəstək göstəcək. Son mərhələdə ən uğurlu komandalar münsiflər heyətinin qərarı əsasında maliyyə dəstəyi əldə edəcək. Layihədə iştirak etmək üçün: https://yeninesil.youthinc.az

 

Layihədə iştirak etmək üçün: https://yeninesil.youthinc.az/ 

Əlaqə üçün: “Youth Inc.” Sahibkarlıq Proqramı PR şöbəsi Aysel Afiyat Tel: +994507782382 E-mail: aysel.afiyat@youthinc.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR