Dərc edildi: Baxış sayı: 595
Yeni naməlum ölümcül virus aşkar edildi
Boliviyada naməlum ölümcül virus aşkar olunub.
Trend-in məlumatına görə, infeksiya nəticəsində bir qadın həlak olub. Bundan başqa, iki həkim də bu virusa yoluxub və xəstəxanaya yerləşdirilib.
Bu virusa yoluxanlar titrətmə, baş ağrısı və qarın ağrısı ilə bağlı şikayət edirlər.
Həkimlər yoluxan şəxslərlə təmasda olmuş daha 3 nəfəri nəzarət altına alıb.
Boliviyanın səhiyyə naziri bildirib ki, virusun tədqiq olunması üçün xarici mütəxəssislər dəvət edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət