Slimfit
  1. SİYASƏT

Yeni MİT rəhbərinin Azərbaycana sevgisi... - Başbuğ

Yeni MİT rəhbərinin Azərbaycana sevgisi... - Başbuğ
Sakura

Yeni MİT rəhbərinin Azərbaycana sevgisi... - Başbuğ

Dövlətlərdə davamlılıq əsasdır və siyasət şəxslərə görə dəyişmir. Cənab Ərdoğanın da önəm verdiyi ən vacib məsələlərdən biri də əcdaddan bizə miras qalan bu dövlətçilik ənənəmizdir. Azərbaycan bütün Qafqazda Türkiyənin gözü, canı, ürəyidir. Bunu heç kimin dəyişməyə gücü yetməz.

Bu sözləri Axar.az-a İbrahim Kalının Milli İstehbarat Təşkilatının sədri təyin olunması haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Başbuğ İbrahim Kalının Türkiyəyə, Azərbaycana və ümumilikdə türk dünyasına böyük sevgi bəsləyən dərin təcrübəli bürokrat olduğunu vurğulayıb:

“Hazırda Türk Dövlətləri Təşkilatları çox önəmli bir inkişaf mərhələsindədir. Ən son Türk İnvestisiya Fondu quruldu. Dünya yeni bir dönəmə qədəm qoyur və biz də orada güclü şəkildə öz yerimizi tutmalıyıq. Cənab İbrahim Kalın da dövləti, onun strategiyasını dərindən bilən və Ərdoğana ən yaxın şəxslərdən biridir. Ona görə o da dövlətimizin qarşısına qoyduğu hədəfə doğru irəliləməsi işinə öz töhfəsini verəcək və əldə edilən uğurlar daha da çoxalacaq, inkişaf edəcək. Xüsusi xidmət orqanları dövlətin ən əsas orqanlarından ilkidir və onun sinir sistemi, beynidir. İbrahim Kalın da prezident sözcüsü vəzifəsində olduğu dövrdə bir çox önəmli danışıqların, proseslərin iştirakçısı olub. Çox hazırlıqlı və dərin təcrübə sahibi olan dövlət bürokratıdır. Təyinatın həm ölkəmiz, həm də türk dünyası üçün uğurlu olduğunu hesab edirəm. Ən əsası isə odur ki, Hakan Fidan kimi o da milliyyətçi duyğuları olan, ölkəmizə və türk dünyasına böyük sevgi bəsləyən vətənsevərdir”.

Qeyd edək ki, İbrahim Kalın Türkiyə MİT-ə rəhbər təyin edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR