Slimfit
  1. MEDİA

Yeni milli film gəlir - Asala...

Yeni milli film gəlir - Asala...
Sakura

Yeni milli film gəlir - Asala...

“Hesab edirəm, cəmiyyətimizdə TURQUT kimi igid, cəsur adamlar kifayət qədər var və biz tezliklə onların sayəsində işğal olunmuş torpaqlarımıza qovuşa biləcəyik.” – İQRAR DƏRƏLƏYƏZ YENİ MİLLİ FİLM “ASALA” HAQQINDA DANIŞDI...

Ötən günlərdə internetdə və bütün sosial şəbəkələrdə tanıtım fotoları yayımlanan və xeyli izləyicinin böyük marağına səbəb olan yeni milli film “ASALA”-nın baş qəhrəmanı TURQUT ALPSOY obrazına nəfəs verən gənc istedadlı aktyor İQRAR DƏRƏLƏYƏZ ilə həmsöhbət olduq. Müsahibimiz film haqqında danışdı. İndi sizlərə o səmimi söhbəti təqdim edirik:

BU FİLM DİGƏRLƏRİNDƏN NƏ İLƏ FƏRQLƏNƏCƏK?

  • Azərbaycan milli kino tarixində milli-vətənpərvər mövzuda çox film var. Amma təəssüflər olsun ki, hələ bu vaxta qədər bədxah qonşularımız, onların gizli təşkilatları və arxalarındakı güclər haqqındakı gerçəkləri anladan irili-xırdalı film layihəsi ərsəyə gəlməmişdir. Təbii ki, gənc istedadlı rejissorumuz Elşən İsmayılın oxşar mövzuda çəkdiyi filmləri (“BOZQURDUN İNTİQAMI”, “DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”, “TARİX DƏRSİ”, “MÜBARİZLƏR”, “TUĞ”,   “MÜBARİZLƏR – 2”,  “ANA LAYLASI”)..

OBRAZINIZ BARƏSİNDƏ NƏ DÜŞÜNÜRSÜNÜZ?

  • TURQUT ALPSOY hər halıyla vətəninə, millətinə, ideyasına bağlı gənc bir kəşfiyyatçıdır. Onun məqsədi millətinin əzəli düşmənlərini, yüzlərlə günahsızın qanına bais olmuş beynəlxalq səviyyədə cinayətkar sayılan adamları cəzalandırmaq və ölkəsinə, xalqına daha gözəl, daha təmiz bir gələcək yarada bilməkdir. Hesab edirəm, cəmiyyətimizdə TURQUT kimi igid, cəsur adamlar kifayət qədər var və biz tezliklə onların sayəsində işğal olunmuş torpaqlarımıza qovuşa biləcəyik.

“ASALA” FİLMİNİN ADININ MƏNASI BƏLLİ OLSA DA, SUJETİ, HEKAYƏSİ HƏLƏ DƏ SİRR OLARAQ QALIR, SİZ BU BARƏDƏ NƏ DEYƏ BİLƏRSİNİZ?

  • (gülümsəyərək) Düşünürəm ki, izləyicilərimiz üçün daha maraqlı olmasına və filmin yayım strategiyasına görə bu barədə çox danışmayım və sirr öz mahiyyətini itirməsin.

SİZCƏ, BELƏ FİLMLƏR ÇOX OLARSA, BİZ BİR MİLLƏT OLARAQ NƏYƏ NAİL OLA BİLƏRİK?

  • Hesab edirəm çox şeyə. Çünki hazırkı “internet dövrü”-ndə hər hansı bir filmin və ya video layihənin xalqa, dünya ictimaiyyətinə təsir imkanları çox güclüdür. Və Quzeyimiz (Dərbənd), Güneyimiz, Batımız (Qarabağ, Qərbi Azərbaycan) işğal altındaykən milləti, xüsusən gələcəyimiz olan gəncliyi milli yöndə istiqamətləndirəcək, hərəkətə keçirəcək işlər görülməlidir. Bu milli, vacib işə sadə vətəndaşımızdan ta yüksək rütbəli məmurumuza qədər könüllü olaraq dəstək verməlidir. Bu gün vətən mövzulu filmlərin hər hansı bir şəkildə yayımı yaxın gələcəkdə dövlətimizin və millətimizin milli uğur qazanmasına yardımçı ola bilər. 

FİLMİN MƏNFİ OBRAZLARI HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

  • Filmdə düşmən obrazları öz hiyləgərliyi, murdar xisləti və qorxaqlığıyla seçilir. Xüsusən biz bu filmdə düşmənin diliylə bəzi milli və qlobal həqiqətləri aydınlatmağa çalışmışıq. (göz vurur)

FİLMİN YAYIM VAXTI BƏLLİDİRMİ?

  • Hələ ki yox! Amma çox qısa zamanda (yaxın günlərdə) dəqiq tarix açıqlanacaq. Və izləyicilərimizi intizarda qoymayacağıq.

FİLMİN SSENARİ MÜƏLLİFİ VƏ REJİSSORU HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

  • Elşən İsmayıl yaxşı dost, vətənpərvər və humanist bir sənət adamıdır. Onunla işləmək və ya hər hansı bir fəaliyyətdə bulunmaq mənim üçün qürurvericidir. Hesab edirəm, birgə çalışmağımız yaradıcılığımıza müsbət təsir edəcək.

GƏLƏCƏK YARADICILIQ PLANLARINIZ?

  • Bir çox janrda çəkilən filmlərdə özümü sınamaq istəyirəm, film yaradıcılığımı və aktyorluq fəaliyyətimi inkişaf etdirib zamanla peşəkarlığa qədəm qoymaq arzusundayam. Bir-birindən maraqlı layihələrdə iştirak etmək istərəm. Xüsusən vətən mövzusu hər zaman öncəliyim olacaqdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR