Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yeni kəşf ən güclü qanaxmaları belə dərhal dayandırır

Yeni kəşf ən güclü qanaxmaları belə dərhal dayandırır
Sakura

Qanaxma müddətini təxminən 99% və qan itkisini 97% azaldır

Amerikalı alimlər, siçanlar üzərində təcrübə apararaq,  qan itkisini 97% azaldan inyeksiya edilə bilən  qan laxtalanma agentini təqdim etdilər. Ens.az xəbər verir ki, şəkər  pambığına bənzəyən  liyofilləşdirilmiş agent bir neçə ay ərzində otaq temperaturunda saxlanıla və inyeksiyadan  dərhal əvvəl fizioloji məhlulda  bərpa oluna bilər.

 Polimer-peptid birləşməsi olan HAPPI, qanaxma yerində zədələnmiş qan damarlarını və aktivləşmiş trombositləri seçici şəkildə bağlaya bilir.  Dövr edən trombositlər yaralar üçün  bədəni daim yoxlayır.  Hansısa qan damarına ziyan dəydikdə, trombositlər  qanın qatılaşmasına səbəb olaraq aktivləşir və zədələnmiş damara yapışır.

 HAPPI bu aktivləşmiş trombositlərə bağlanır və qanaxma yerində onların  yığılmasını artırır.  İnyeksiya istənilən yerə edilə bilər - agent onsuz da   qanaxma zonasına  gedib çatacaqdır.  Gəmiricilərlə aparılan  təcrübələrdən də göründüyü kimi,  HAPPI inyeksiyaları, zədələrdə qanaxma müddətini təxminən 99% və qan itkisini 97% azaldır.  HAPPI inyeksiyası bütövlükdə sağ qalma dərəcəsi göstəricilərini artırır.

Mənbə: med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR