Slimfit
  1. TEXNOLOGİYA

Yeni "iPhone"un buraxılışı ləngiyəcək

Yeni "iPhone"un buraxılışı ləngiyəcək
Sakura

Yeni "iPhone"un buraxılışı ləngiyəcək

Müştəriləri "Apple" və digər böyük şirkətlər olan "Broadcom" çip istehsalçısı şirkəti yeni "iPhone"un bazara çıxışının ləngiyəcəyini bildirib.

"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, "Broadcom" şirkətinin rəhbəri Hok Tan "Şimali Amerikanın əsas smartfon istehsalçısının" vacib məhsulunun istehsal dövrünün ləngiyəcəyini qeyd edib. Bu səbəbdən "Broadcom"un gəliri cari ilin III rübündə azalsa da, IV rübdən etibarən artacağı gözlənilir. Bu, həm də yeni "iPhone"ların "Apple"ın ənənəvi payız təqdimatına hazır olmayacağı deməkdir.

Yeni smartfonların anonsu baş tuta bilər, lakin onların tədarükü həmişəkindən daha gec başlayacaq. "Bloomberg News"un yaydığı məlumata görə "Apple" yeni "iPhone"ların ənənəvi vaxtdan bir neçə həftə sonra satışa çıxarmağı planlaşdırır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR