Slimfit
  1. TEXNOLOGİYA

Yeni iPhone sürətli simsiz doldurma əldə edəcək

Yeni iPhone sürətli simsiz doldurma əldə edəcək
Sakura

Yeni iPhone sürətli simsiz doldurma əldə edəcək

Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, mis smartfona böyük güclü elektriklə dolmasına imkan verəcək.

The China Times nəşri təchizat mənbələrinə istinadən xəbər verir ki, yeni Apple flaqman smartfonu sürətli simsiz doldurmanı dəstəkləyəcək.

Yeni iPhone-lardan ən azı biri simsiz doldurma üçün mis spiral əldə edəcək ki, o da smartfonu daha böyük gücə malik elektriklə dolmasına imkan verəcək. Bir mənfi cəhət var: mis tel korpusda daha böyük yer tələb edəcək, bu da onun bir az qalın olacağına səbəb olacaq. Müsbət cəhətlərə ayrılan istiliyin az olmasını və doldurmanın yüksək effektivliyini aid etmək olar.

Yəqin ki, Apple sürətli simsiz doldurma haqqında yeni smartfonlarının və çoxdan gözlənilən AirPower Mat simsiz cihazın çıxması ilə birlikdə xəbər verəcək.

Müvafiq mətbuat konfransını Apple sentyabr ayının ortalarına planlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR