Slimfit
  1. DÜNYA

Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb
Sakura

Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar. Məlumat “Trend Force” analitik şirkətinin saytında dərc edilib.
 
ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ilkin hesablamalara görə, yeni “iPhone X” smartfonu əvvəlkindən ucuz olacaq: yeni aparatın qiyməti 899-949 dollar təşkil edəcək. Ən bahalı model analitiklər tərəfindən 999 dollar məbləğində qiymətləndirilən “iPhone X Plus” olacaq.
 
Həmçinin analitiklər hesab edirlər ki, “Apple” maye kristal ekrana malik modelin ucuz versiyasını (749 dollaradək) təqdim edəcək.
 
Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi “Apple” şirkətinin “iPhone” smartfonunun köməyi ilə kimliyin eyniləşdirilməsi texnologiyasına ərizəsini qeydə alıb.
 
Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR