Slimfit
  1. CƏMİYYƏT

Yeni ildə səyahət ediləsi ölkələr – Azərbaycan da var

Yeni ildə səyahət ediləsi ölkələr – Azərbaycan da var
Sakura

Yeni ildə səyahət ediləsi ölkələr – Azərbaycan da var

Yeni ildə səyahət etməyi planlaşdıranlar üçün dünya üzrə illik risk xəritəsi tərtib olunub. Xəritədə Azərbaycan turistlər üçün risklərin minimum olduğu ölkələr sırasındadır.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri nəzərə alınıb. Risklərin ən az olduğu ölkələr siyahısına Danimarka, Finlandiya, Qrenlandiya, İslandiya, Norveç, Sloveniya, Birləşmiş Krallıq, ABŞ, Kanada, Çin, Lüksemburq və İsveçrə başçılıq edirlər. Daha riskli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriya elan edilib.

Xəritədə Latın Amerikası ölkələri orta risk dərəcəsi olan ölkələr kimi qeyd olunub. Məsələn, Meksika və Kolumbiya səyahətçilərin təhlükəsizliyi baxımından bu qəbildəndir.

Xəritənin hazırlanmasında müştərilərin rəyləri əsas götürülüb. Turistlərə və turizm şirkətlərinə məsləhət görülür ki, səyahətə hazırlaşarkən xəritədəki məlumatlardan istifadə etsinlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR