
Dərc edildi: Baxış sayı: 119
Leysan səbəbindən əksər daxili çaylarda sululuq artıb
Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.
Ens.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən? ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27 sm, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37 sm, Köndələnçayda 10 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət