Dərc edildi: Baxış sayı: 628
Yeni icra başçısı müavinlərini və köməkçisini işdən çıxardı
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib.
Ens.az Unikal.org-a istinadən xəbər verir ki,Elmir Bağırovun əmri ilə, Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət