Slimfit
  1. TEXNOLOGİYA

Yeni fabrikdə robot istehsal edən robotlar işləyəcək

Yeni fabrikdə robot istehsal edən robotlar işləyəcək
Sakura

Yeni fabrikdə robot istehsal edən robotlar işləyəcək

İsveçrədə fəaliyyət göstərən “ABB” beynəlxalq şirkəti Şanxayda “gələcəyin fabriki”nin inşasına 150 milyon dollar məbləğində vəsait yatırmaq niyyətini açıqlayıb. Gələcəyin fabrikində robotlar digər robotları istehsal edəcək.
 
ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “ABB” şirkətinin press-relizinə əsasən, yeni müəssisənin 2020-ci ilin sonunadək istismara verilməsi planlaşdırılıb. Süni intellekt sahəsində rəqəmsal texnologiya, robot texnikası və qabaqcıl tədqiqatları birləşdirməyə imkan verəcək fabrikdə yeni növ robotlar işləyəcək, insanlar isə onların işinə nəzarət edəcək.
 
“ABB” (Asea Brown Boveri Ltd.) – elektrotexnika, enerji maşınqayırması və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 1988-ci ildə İsveçin “ASEA” və İsveçrənin “Brown, Boveri & Cie” şirkətlərinin birləşməsindən sonra təsis edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR