Slimfit
  1. SİYASƏT

İraq Prezidenti: İqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır

İraq Prezidenti: İqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır
Sakura

İraq Prezidenti: İqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır

İqlim böhranının ərzaq, su, sanitar və ictimai təhlükəsizliyə təhdid yaratdığı inkişaf etməkdə olan ölkələrə xüsusi diqqət yetirilməlidir. İqlim dəyişikliyinin təsirləri İraqda güclü şəkildə hiss olunur.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən COP29 İqlim Liderləri Sammitindəki çıxışında bildirib.

"Biz rekord anomal istilik dövrləri ilə üzləşirik, yağıntıların miqdarı azalır, temperaturlar artır. Bu, biomüxtəlifliyə, yaşıl zonalara mənfi təsir göstərir. Bundan əlavə, quraqlıq və səhralaşma zonaları artır. İqlim dəyişikliyi, həmçinin İraqın cənubundakı bataqlıq ərazilərində yaşayan ənənəvi icmaların köçürülməsinə səbəb olub. Bu, iqlim böhranı səbəbindən yox ola biləcək dünya irsidir”, - o vurğulayıb.

Prezidentin sözlərinə görə, İraqın istixana qazı emissiyalarına tarixi töhfəsi, əksər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, çox zəifdir: “Bu baxımdan iqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır, çünki söhbət insan hüquqlarından gedir. Biz təkcə indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də hərəkət etməliyik".

"İqtisadiyyatımız qalıq yanacaqlardan çox asılıdır. Lakin eyni zamanda iqlim dəyişikliyinə qarşı çox həssasdır”, - o bildirib. Bununla yanaşı, dövlət başçısı səyləri əlaqələndirmək və birlikdə işləmək məqsədilə oxşar iqlim problemləri olan ölkələrin danışıqlar qrupunun yaradılmasına çağırıb.

 

"Eyni prinsip əsasında biz böyük dünya iqtisadiyyatlarını iqlim fəaliyyətinə sadiqliyi gücləndirməyə çağırırıq. Əgər bu iqtisadiyyatlardan bəziləri bu təşəbbüslərdən çıxmağa qərar versələr, biz onlardakı dövlət və özəl subyektləri öz öhdəliklərini saxlamağa çağırırıq, çünki dünya ümumi töhfə olmadan dayanıqlı inkişafa nail ola bilməz", - İraq lideri vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR