Dərc edildi: Baxış sayı: 653
Yeni ev tikənlərin nəzərinə! - “Azəriqaz”dan xəbərdarlıq
Aldanmamaq üçün podratçı seçərkən lisenziya tələb etmək lazımdır
“Yeni salınan massivlərin qazlaşdırılması ya dövlət hesabına, ya da vətəndaşlar ASAN Xidmət, ASAN Kommunal-a müraciət etməklə öz vəsaitləri hesabına həyata keçirilə bilir”.
Bunu REAL-a müsahibəsində “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin müdiri Teymur Cəfərov dedi.
Onun sözlərinə görə, 2019-cu ilodə yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulub.
“Yeni massivlər böyük əraziləri əhatə edir. Ona görə qazlaşdırma işlərinin tədricən həyata keçirilməsi planlaşdırılır. Vətəndaşlar öz hesabına da həyata keçirə bilər. Heç bir məhdudiyyət qoyulmur”, - Teymur Cəfərov bildirdi.
O qeyd etdi ki, vətəndaşlar aldanmamaq üçün podratçı seçərkən lisenziya tələb etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət