Dərc edildi: Baxış sayı: 599
Yeni effektli pəhriz. Nə istəyirsən ye və... arıqla!
İllinoys Universiteti (ABŞ) alimləri yeni pəhriz təqdim ediblər. Pəhrizin adı 16:8-dir. Bu nə deməkdir?
Bu pəhriz zamanı arıqlamaq istəyən insan səhər 10.00-dan 18.00-a qədər (8 saat ərzində) istənilən qidaları yeyə bilər. Daha sonra isə 16 saat ərzində qida qəbul etmək olmaz, yalnız su içmək olar.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, yeni pəhrizdə kaloriləri hesablamaq, qidalanmadan bəzi qidaları çıxartmaq və s. kimi qaydalar yoxdur. Lakin buna baxmayaraq eksperiment göstərib ki, bu pəhrizə əməl edən insanlar həqiqətən artıq çəkidən xilas olur.
Mütəxəssislərin fikrinə görə, yeni 16:8 pəhrizi digər pəhrizlərlə müqayisədə daha asan və komfortludur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət