Slimfit
  1. SİYASƏT

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Yeni Dövlət Xidməti yaradıldı - Fərman
Sakura

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

“Ens.Az” xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu təsdiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.

Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;

bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu.

Müəyyən edilib ki, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin strukturuna daxil olan qurumdur;

Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu su və meliorasiya sahəsində fundamental və tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir;

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini və əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı satınalmaları təşkil edən publik hüquqi şəxsdir;

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir;

bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır;

bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

bu Fərmanın 5.2-ci, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu onların çevrilmə yolu ilə yenidən təşkil olunduqları qurumların əmlakı (bu Fərmanın 8.1.6.1-ci və 8.1.6.2-ci yarımbəndləri nəzərə alınmaqla) hesabına formalaşır.

7. Bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

7.1. Azərbaycan Respublikasının Prezidentinə:

7.1.1. yenidən təşkili və ləğv edilməsi;

7.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

7.2.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

7.2.2. idarəetmə orqanlarının yaradılması;

7.3. Agentliyə:

7.3.1. bu Fərmanın 7.1-ci və 7.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. dörd ay müddətində:

8.1.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.2. bu Fərmanın 5-ci və 6-cı hissələri nəzərə alınmaqla, mühafizə olunmalı həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ilə əlaqədar təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.3. bu Fərmanın 1–6-cı hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.4. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.1.5. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasına uyğun olaraq, meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.1.6. bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən aşağıdakı dövlət əmlakının balansdan balansa verilməsi ilə bağlı tədbirlər görsün:

8.1.6.1. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə xidmət göstərən su təchizatı və tullantı suları sistemləri üzrə) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansına;

8.1.6.2. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın və bu Fərmanın 8.1.6.1-ci yarımbəndi nəzərə alınmaqla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansındakı digər əmlakın Regional Su Meliorasiya Xidmətinin balansına;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Agentlik:

9.1. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.2. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra onların strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 10.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etsin;

10.2. bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin və bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin cari ildə fəaliyyətinin təşkili məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşməni təmin etsin;

10.3. Agentliyin, bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin, habelə bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

10.4. qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) artırıldığı hallarda, fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili məqsədilə zəruri əlavə maliyyələşməni təmin etmək üçün tədbirlər görsün.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR