Slimfit
  1. MARAQLI

Yeni doğulmuş körpənin üzərində dua edən atanın şəklini milyonlar gördü

Yeni doğulmuş körpənin üzərində dua edən atanın şəklini milyonlar gördü
Sakura

Yeni doğulmuş körpənin üzərində dua edən atanın şəklini milyonlar gördü

Atanın yeni doğulmuş oğlu ilə olan şəkli şəbəkədə sensasiyaya səbəb oldu. Bu, həyat və atalığın bütün gözəlliyinin parlaq nümunəsidir.

Ens.az xəbər verir ki, şəkildə Braziliya xəstəxanasında yeni doğulmuş oğlunun beşiyinin yanında dua edən ata göstərilib. Şəkil uşaq doğulduqdan dərhal sonra çəkilib.

Bu, Jana Brasil Fotoqrafiya tərəfindən çəkilən seriyadan bir şəkildir. Onların hamısı atası Viktor Kalmonun instagram profilində dərc olunub.

33 yaşlı kişi ilk dəfə ata oldu. O, yazır:

“Sizi qəfil ildırım kimi vuran bu anda əllərin əsməyə başlayır, çünki sən birdən həyatdakı məqsəd və mənanı anlayırsan. Allaha deyirəm: “Təşəkkür edirəm!”, həyat yoldaşıma - “Mən səni sevirəm”, - oğluma isə - “Xoş gəldin!”.

İvan adlı bu oğlan 2018-ci ilin iyul ayında dünyaya gəlib və o vaxtdan Kalmonun fotosu bütün internetdə yayıldı. Kalmon Crescer jurnalına verdiyi müsahibədə özünün dua etmək qərarından danışıb:

“Çətin vəziyyətin mərkəzində idim, bütün bunlar mənim üçün çox idi və mən qorxuya düşmüşdüm. İndi mən təkcə özümün deyil, yeni insanın da qayğısına qalmalı olacağam. Və mən bu çətinliyi dəf etdim, diz çöküb Allaha müraciət etdim.

Ondan xahiş etdim ki, böyüməyimə, daha yaxşı ata və ər olmağıma, inkişaf edib işləməyimə kömək et, qoy oğlumun heç nəyə ehtiyacı olmasın”.

Bütün şəkillərə burdan baxa bilərsiz: Instagram/victorcomichao

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR