Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yeni doğulan körpələrin ölüm riskini artıran səbəb

Yeni doğulan körpələrin ölüm riskini artıran səbəb
Sakura

Uşaq nə qədər gec ana südü əmməyə başlasa onun ölüm riski o qədər artır

“Dünyada 77 milyon yeni doğulan uşaq doğumdan sonrakı ilk bir saat ərzində ana südü qəbul etmir. Uşaq nə qədər gec ana südü əmməyə başlasa onun ölüm riski o qədər artır”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Sağlamlıq elmləri Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Vefik Arıca yeni doğulan uşaqların ana südünü gec qəbul etməsinin yarada biləcəyi problemlərdən danışarkən deyib.

Onun sözlərinə görə, uşaq doğulandan sonra əmizdirməyə 2-23 saat gecikmə olarsa, onun ilk 28 gündə ölmə riski 40 faiz artır, gecikmə 24 saatdan çox olarsa, bu risk 80 faizə qədər yüksələ bilir.

Pediatr bildirir ki, doğulandan sonrakı ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanan uşaqların başqa bir qidaya ehtiyacı yoxdur.

“Bağırsaqlarının möhkəmlənməsi, həzmin rahat olması üçün ana südünün əhəmiyyəti böyükdür”.

Pediatr doğuşdan sonra ananın süd vəzlərindən ifraz edilən sarımtıl rəngdəki ilk süd olan “ağız südü”nün mütləq uşağa verilməli olduğunu deyib:

“Uşağa ilk olaraq şirin su, süni uşaq qidası, inək südü və digər qidaların verilməsi doğru deyil. Bu cür qidalar uşaqda doyumluq hissi yaradır, uşağın əmmə gücünü azaldır, ana südünün gəlməsinə mane olur. Doğuşdan sonrakı ilk yarım saat ərzində uşaq ananın süd vəzinə qoyulmalı və əmmə təmin edilməlidir. Uşağın müəyyən saatlarda deyil, acdıqca yeməsi daha yaxşıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR