Slimfit
  1. TEXNOLOGİYA

Yeni daşınan texnologiya dəri vasitəsilə canlı musiqi dinləməyə imkan verəcək

Yeni daşınan texnologiya dəri vasitəsilə canlı musiqi dinləməyə imkan verəcək
Sakura

Prodüser Mik Ebelinqin sahibi olduğu ABŞ şirkəti dəri vasitəsilə canlı musiqi dinləməyə imkan verən…

Prodüser Mik Ebelinqin sahibi olduğu ABŞ şirkəti dəri vasitəsilə canlı musiqi dinləməyə imkan verən daşınan texnologiya təqdim edib. Yeni texnologiyanın eşitmə qüsurlu insanlara kömək edəcəyi bildirilir.

ICTnews” Elektron Xəbər Xidməti “Inforeactor” resursuna istinadən yazır ki, texnologiyaya akkumulyatorlu iki bilərzik, topuğa bərkidilən iki zolaq, eləcə də çiyin və kürəkdən keçən zərli qaytan daxildir. Sonra bu dəst otağın səs kompleksinə qoşularaq dəridəki ötürücülərə elektrik impulsları ötürür. Hər impuls müəyyən musiqiyə görə cavabdehlik daşıyır.

Qeyd olunur ki, insan dərisi 10-1000 QHs tezliklərini 2000 QHs tezliyinə nisbətdə bir neçə dəfə pis müəyyənləşdirir. Lakin buna baxmayaraq o səs siqnalının amplituda və intensivlik dəyişikliyini çox yaxşı hiss edir. “Music: Not Impossible” daşınan sistemi məhz bu məlumatlar əsasında qurulub.

Qurğunun kommersiya variantının 2019-cu ildə təqdim ediləcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR