Slimfit
  1. TEXNOLOGİYA

Yeni çiplər internetin sürətini rekord səviyyəyə çatdıracaq

Yeni çiplər internetin sürətini rekord səviyyəyə çatdıracaq
Sakura

“Qualcomm” şirkəti internetin sürətini saniyədə 10 Qbit olmaqla rekord həddə çatdırmağa imkan verəcək…

“Qualcomm” şirkəti internetin sürətini saniyədə 10 Qbit olmaqla rekord həddə çatdırmağa imkan verəcək çiplər ailəsini istifadəyə verib.

ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, mühəndislər qeyd edir ki, bu, yeni simsiz internet standartının başlanğıcı olacaq, lakin onlar internet səhifələrinə tipik şəkildə baxılmanın sürətinin artırılması üçün istifadə edilməyəcək.
Bildirilir ki, söhbət hazırda qüvvədə olan “Wi-Fi 5” və ya ondan sonrakı “Wi-Fi 6” standartlı qurğulardan getmir. Çiplər məlumatların əlavə diapazondan istifadə etməklə qısa məsafəyə göndərilməsi üçün nəzərdə tutulub. Hazırda onun sürəti 7 Qbit/saniyə təşkil edir, lakin yeni çiplər vasitəsilə sürəti 20 Qbit/saniyəyədək artırmaq mümkün olacaq.

“Qualcomm” mühəndislərinin sözlərinə görə, çiplər sürətin iki dəfə, eləcə də məlumatların ötürülmə radiusunu hazırkı 10 metrdən 100 metrədək artırılmasını təmin edən “WiGig” texnologiyası ilə modifikasiya ediləcək. Siqnalın yayılma xüsusiyyətlərinə görə texnologiya məlumatların daha sürətli ötürülməsinə ehtiyac duyan istifadəçilər üçün nəzərdə tutulacaq.

“WiGig” istifadəçinin diqqətində “5G” texnologiyası ilə rəqabət aparacaq. Onlar funksiyalarına görə bir-birinə oxşardır və məhdud məsafədə informasiyanın daha sürətli ötürülməsini təklif edirlər. Lakin yeni texnologiya bir sıra çatışmazlıqlara da malikdir. Məsələn, siqnalın divardan çətinliklə keçməsi. Buna baxmayaraq mühəndislər tərəfindən “WiGig” texnologiyasının məhdudiyyət az olan hallarda və paylayıcı və qəbuledici qurğu bir-birindən ayrı olmadıqda istifadə edilməsi planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR